Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Ətri Evi Bürüyən Xamalı “Paytaxt” Keksi

Bu dadlı keks bişdikdə ətri bütün otağa yayılaraq insanı özünə valeh edir. LoaDinG.Az xamalı Paytaxt keksinin reseptini təqdim edir.

Tərkibi:

100 qr kərə yağı
170 qr şəkər tozu
3 ədəd yumurta
200 ml xama
150 qr üzüm qurusu
300 qr un
vanil
2 çay qaşığı qabartma tozu
bir çimdik duz
Hazırlanma qaydası:

Bir qabda yumşaldılmış kərə yağı və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə yumurtaları edib çırpmağa edin. Xamanı da əlavə edib qarışdırın. Üzüm qurusunu yuyub suyunu qurudun. Çırpdığınız kütləyə üzüm qurusu, un, qabartma tozu, duz və vanil əlavə edib spatulayla( və ya taxta qaşıqla) qarışdırın. Uzunsov keks qəlibinə yağlı kağız sərin və xəmiri əlavə edin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişən keksi soyudun və süfrəyə verdikdə üzərinə şəkər kirşanı səpin.





Nuş Olsun!


This post first appeared on Www.SENINEM.az | Mp3,geyimler,sac Duzumleri,proqra, please read the originial post: here

Share the post

Ətri Evi Bürüyən Xamalı “Paytaxt” Keksi

×

Subscribe to Www.seninem.az | Mp3,geyimler,sac Duzumleri,proqra

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×