Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Susamda gözlərim danışır hər şeyi bərkə gələsən?

Uşağın itirməsin deyə bərk-bərk sarıldığı bülbül balasının bir az sonra öldüyünü bilən uşağın göz yaşlarını anlasan səni itirən məni anlayarsan.

Artıq daha yaxşı anlayıram ki, nəfəs almaq deyilmiş yaşamaq. Atəşlərdə yanmaq kimi bir şey, səni sevərkən sənsiz olmaq.



Nədən bu qədər çətin səni sevmək və tapmamaq. Toxunmaq istədikcə uzaqlaşmaq, düşündükcə unutmaq, səni sevdiyim halda söyləyə bilməmək, hər bir şeyi gizlətmək, sənə sahib olacağım yerdə səni itirmək.

Sanmışdım yeni bir eşqə başlayıram çox yanılmışam. Bu eşqin sonu da ayrılıq olacaq və yaşadıqlarım geridə qalacaq. Geriyə acı və gözəl xatirələr qalsa belə, onları xatırlamaq ayrılıq qədər acı olmayacaq.

Get artıq yoxluğuna inandır məni. Yoruldum hər tapdığım yerdə səni itirməkdən.

Səni mən deyil gözlərim seçdi, onlar sevdi onlar bəyəndi. Sən mənim deyil onlarınsan. Gedərsənsə mənə nə onlar ağlasın.

O gün bu günümü bilsəydim, bu gün o günü yaşamaq istəməzdim.

Ayrılıq belə ağlayardı, ayrılığı yaşasaydı. Utanardı etdiyindən fələk əgər bu eşqi tanısaydı.

Həyatımız boyunca ayrılmayacağımızı bir-birimizə söz verib əhd etmişdik. Amma nə oldu bir qış günü, ulduzların baxışlarında ayrılmağımızı söylədik.

Hər son bir başlanğıcdır.

Artıq gedirəm, həyatındakı son yerimi alaraq. Bəlkə bir daha görüşmədik. Səndən son bir arzum olacaq. Gözlərinin güldüyü an, sevgilim dediyin zaman dilindən həyatım sözü çıxacağı zaman xatırla məni.

Çox sevdiyin biri gəlib ayrılmaq istədiyini söyləyərsə ağlama, çünki susduğunu görmək daha çox acı çəkdiyinin isbatıdır.

Ayrıldıqdan sonra dost olaq dedilər. Gülün adını dəyişdirsək başqa cür qoxuyarmı ?

Gül dedi bülbül gülə, gül gülmədi getdi. Gül bülbülə, bülbül gülə yar olmadı getdi.

Ayrılığı sən istədin məsum gözlərlə baxma mənə. Artıq bu qəlb kölən deyil. Yolun açıq olsun gülə-gülə.

Bir-birindən ulduzlar qədər uzaqda yaşayanlar var ikən, sevgilim ayrı olsaq da biz səninlə iki nar dənəsi kimi iç-içə, yan-yana, can-cana, qan-qanayıq.

Sənə məni sevmi dedim, mənim üçün ölmü dedim. Dizlərinə qapananda qəlbimə girmi dedim. Sən istədin, sən istədin ayrılmağı. Məni eşqə kölə edib gəncliyimdən nə istədin.

Səni tanımadan öncə yalnızlığı, səni tanıdıqdan sonra varlığımı, səni sevdikdən sonra yaşadığımı, səni itirdikdən sonra puç olduğumu anladım.

İstərdim bitməsin ümidlərimiz. İstərdim bitməsin duyğularımız. Nə çıxar sel olsa göz yaşlarımız. Hər şey bitdi artıq bil bundan sonra.

İçimdəki qığılcım atəşlərini söndürməzdən öncə ardınca gələn acı ayrılıqların qoxusu var idi bədənimdə. Yağan yağmurların islatdığı küçələrdə yaşanmamış sevgilərin çığırtısı var idi içimdə və sən arxana baxmadan çıxıb gedərkən məni bir deyil min dəfə öldürdün. Yenə sən yaşanacaq eşqlərin, anların, sevgilərin ən böyük qatili oldun, mən isə sənin qurbanın.

Biz ayrıldıq amma bunu unutma. Yaşadığın şəhərdə məni sənə xatırladacaq çox şey var. Baxdığın hər yer, gördüyün hər nöqtə və ayaq basdığın hər torpaqda məndən izlər var. Məni unutmayacağının səbəbi də bu. Çünki bu şəhərin hər guşəsində bizim anlarımız yaşayır.

Həyatın tək yaşanmayacağını səndə mənim qədər yaxşı bilirsən. O zaman söylə mənə nədən bu ayrılıq.

Nə unudacaq qədər nifrət etdin nədə xatırlayacaq qədər sevdin. Sənə mənsizliyi buraxıb səni içimdən tərk edirəm birtanəm.

Məndən sənə söylənməsi çətin yazılması asan olan bir sözcük əlvida!

Keçən gün köhnə bir dostumu gördüm. Səndən söhbət etdi mənə. Nişanlanıb bundan xəbərin varmı ? dedi mənə. Doldu gözlərim, dayana bilmədim soruşdum nişanlısı kim? “Dostum” başını əyərək söylədi mən.

Əgər dünya əbədi olsaydı sənə getmə qal deyərdim, amma dünya fani olduğundan sənə sevincli anlar arzulayıram.

Sən getdin. Sən gedəndən ölü kimiyəm. Bumu idi əhdin, bumu idi sevgin!

Onu bu qədər sevincli görüncə getmə qal deyə bilmədim.

Ürəyimdəki nifrəti söndürməyə yetmədi ayrılıq küləkləri. Gəl gör nə çox sevmişəm səni.

Bir gün o heç vaz keçə bilmədiyin qürurundan vaz keçib mənə dönmək istəsən, bunu əsla etmə çünki səninkinin bitdiyi yerdə mənimki başlayacaqdır.


1. Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.
2. Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.
3. Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.
4. Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!
5. Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam, gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.
6. Sən məni deyil mənim səni sevməmi sevirsən.
7. Könlümdə taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam, sabah isə ruhuma doğan günəşim oldun.
8. Səni sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi bacarırsan.
9. Sevən unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir. Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma mən əsla.
10. Haraya gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə açılmaz.
11. Mən gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz.
12. Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.
13. Gördüyüm ən gözəl yuxu sənin olduğun, duyduğum ən dərin sevgi sənin əsərin, gördüyüm ən gözəl dünya sənin gözlərin və qurduğum ən gözəl xəyal sənsən.
14. Sən ürəyimin dərinliyində hər kəsdən uzaq hər kəsdən fərqli olaraq yaşayacaqsan. Sən mənim son eşqim, dəli sevdam, yaşamış olduğum ən özəl insan olaraq qalacaqsan.
15. Sənə söz verirəm sən getsən də, məni tərk edib, unutsan da, səni mən əsla unutmayıb hər an üçün sevəcəyəm.
16. Sevgilərin ən gözəli səni sevmək, gözləntilərin ən gözəli səni gözləmək və həyatın dadı sabaha qalxdığımda sənin var olduğunu bilməkdir.
17. Ovcunun arasına bir ürək buraxdım. İstəyərsənsə bir kənara atarsan, istəyərsənsə ürəyinin üstünə qoyub hər zaman səninlə olacağını xatırlayarsan.
18. Mən bu həyatda bir çox səhvlər edib acısını çəkdim. Tək bir doğru iş gördüm oda sənə qəlbimlə güvənməkdir. Canımın içi düşünürəm sən buna layiqsən.
19. Gecələrdən qorxma, pəncərəndə ulduz kimi parlayacağam, uzaqdayam deyə yalnızsansa kölgə kimi arxanda, nəfəs kimi içində, can kimi yanındayam.
20. Əgər qədər səni mənim qollarımdan alıb başqasının qollarına atarsa bil ki, sənin düyün musiqin mənim cənazə marşım olacaq.
21. Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz.
22. Son bir günüm qalsa da fani dünyada səninlə bərabər olmaq istəyərəm. Sevincli günləri təkrar-təkrar yaşayıb əllərin əlimdə ölmək istəyərəm.
23. Səsini duysam da hər an üzünü görmək kimi deyil. Səni gözlədiyimi bil hər an. Heç bir şey səni sevmək kimi deyil.
24. Sevgililər öpüşərkən nədən gözlərini yumurlar bilirmisən? Çünki gözləri ilə deyil qəlbləri ilə görmək istəyirlər. Yəni hiss etmək istəyirlər. Sevgilim mən də səni ruhumun dərinliklərində hiss edirəm, çünki səni çox sevirəm.
25. Dəniz dalğasız, könül sevdasız olmaz, yarı gözəl olanın başı bəlasız olmaz.

[divider]

1. Sənə bu mesajı deyil ürəyimi yollamaq istərdim, telefonu deyil əlimi tutmanı istərdim, mesaja deyil gözlərimə baxıb səni sevirəm deməni istərdim.

2. Bu mesajı oxudunsa mənə heyransan. Vecinə deyilsə məni sevirsən. Cavab versən mənsiz yaşaya bilmirsən. Cavab verməsən mənə vurğunsan. Görək indi nə edəcəksən?

3. Dünyada bir çox insan var. Bəzisi duyğulu bəzisi duyğusuz, bəzisi qorxulu bəzisi qorxusuz. Bəzisi ağlayıb bəzisi gülür amma gözəlliklərə və xoşbəxtliyə layiq olan bir insan var o da indi mesajımı oxuyur.

4. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

5. Eşqim yatağın, sevgim yorğanın, ürəyim yastığın olsun şirin yuxular birdənəm.

6. Sənin üçün uzaqdan sevməyi, baxmadan görməyi, toxunmadan hiss etməyi, eşitmədən dinləməyi, göz yaşlarımla gülməyi və qovuşmaq üçün səbr etməyi öyrəndim ancaq sənsizliyi əsla!

7. I love your eyes cünki onlar very nice, bir anlıq look at me ondan sonra dont forget me, qəlbim tic tac for you because i love you!

8. Axtardığım nə varsa bil ki, səndə tapmışam. Səndən əvvəl yox idim səninlə var olmuşam. Səndədir bütün hicran, ümidlər. Məni məndə axtarma mən artıq sən olmuşam!

9. Çoxdur sənə sözlərim, ağlıma gəldikcə söyləyirəm, bu fani dünyada gülüm mən sənsiz neyləyim?

10. Yağışı sevirəm deyirsən yağış yağanda çətirini açırsan, günəşi sevirəm deyirsən günəş çıxanda pərdəni qapadırsan, küləyi sevirəm deyirsən əsəndə pəncərəni örtürsən və mən də bundan qorxuram! Çünki məni də Sevdiyini söyləyirsən!

11. Darıxdığın sənin üçün darıxırsa darıxmaq gözəldir. Dönəcəksə gözlədiyini gözləmək gözəldir. Sevirsə sevdiyin bax elə bu hər şeyə bərabərdir.

12. Sənə minlərcə gül vermək istərdim amma güllər solar, sənə ömrümü vermək istərdim amma bir gün öləcəyəm, sənə sadəcə sevgimi verirəm ki, o əbədiyyən yaşayacaq!

13. Məni oda at bədənim yansın, sadəcə qəlbimə dəymə, çünki onun içində sən varsan.

14. Dünyada hər şey özünə bir yoldaş axtarar, daşın qəlbi yoxdur amma onu da yosun sarar.

15. Sənin olan hər şeyi, hətta sənsizliyi belə səni xatırlatdığı üçün sevirəm!

16. Səni ulduzlara oxşadıram, onlar qədər parlaq, cəlb edici və gözəlsən amma aranızda tək bir fərq var; onlar milyonlarla sən isə bir dənəsən!

17. Bu gün də sabah da ürəyin qədər yaxınındayam, özünü tənha hiss etdiyində əlini ürəyinə qoy mən həmişə oradayam.

18. Cavanların deyiminə görə əyləncə gedər, yaşlıların deyiminə görə cavanlıq gedər, uşaqların deyimiylə dünyalar gedər, mənim deyimimə görə CANIM qədər sevirəm səni!

19. Zənn etmə ki, yerin dolacaq, səndən başqa biri mənlə olacaq. Nə mənə sənin kimi bir sevgili nə də səni mənim kimi sevən tapılacaq.

20. Güllərin hamısı gözəldir amma sənin qədər deyil. Səni hər kəs sevər amma mənim qədər deyil!

21. Hər eşqin göy üzündə bir mələyi varmış. Yer üzündə tükənən hər eşq üçün göy üzündə bir mələk ağlarmış. İnan ki, bizim mələyimiz heç ağlamayacaq.

22. Bir şirin gülüş vurdu məni çox dərindən. Baxanda qamaşdı gözlərim gözəlliyindən. Sevirəm sözü yıxdı məni çox dərindən. Burax izimi ey pəri əgər sevməyəcəksənsə!

23. Eşq dənizdən çınqıl toplamağa bənzər, əvvəl tək-tək yığırsan sonra bir-bir atırsan. Sadəcə bəzilərini atmağa ürəyin gəlmir və səndə atılmayanlardansan!

24. Uzaqlıqlar kiçik sevgiləri yox edir, böyüklərini isə ucaldır. Eynilə küləyin şamı söndürüb alovu alovlandırdığı kimi.

25. Bilirəm sən bir ulduzsan ətrafında bir çox planet var. Amma unutma ki, mən dünyayam və ancaq məndə həyat var!

26. Göy üzü nə qədər qaranlıq olarsa olsun oralarda bir yerdə mütləq bir ulduz var. Bir qəlb nə qədər sevgisiz qalarsa qalsın, mütləq içində göyərən bir tumurcuq və bir çiçək var!

27. Həyatındakı üzüntülər sahildəki ayaq izləri qədər keçici. Xoşbəxtliklər isə mərmərə yazılmış yazılar qədər qalıcı olsun.

28. Ay işığının aydınlatdığı bir sahildə kiçik bir budağa УSəni SevirəmФ yazmaq istərdim. Ancaq sən qəzəbli bir dalğa olub silə biləcəyindən deyə qorxuram.

29. Gecədir ki, adamı kədərləndirən? Yoxsa adam özü kədərlənmək üçün gecəni gözləyir? Gecədir ki, səni məni düşündürən? Yoxsa mənəm, səni düşünmək üçün gecəni gözləyən?

30. Qəlbimdə 3 çiçək böyütdüm. Sevmək, sevilmək və gözləmək. Sən bunlardan ikisini qopartdın. Mənə ancaq biri qaldı; gözləmək!

31. Yarı dalğalı olmamalıdır dəniz. Ya tam sakit olmalı yada sovrulmalı! Yarı ümid verməməlidir sevgili. Ya tam sevməli yada çıxıb getməli.

32. Duyğular vardır anladılmayan. Sevgilər vardır kəlmələrlə ölçülməyən. Baxışlar vardır insanı bir ömür boyu ağladan. Yollar vardır keçilməsi çox çətin olan. Qəlblər vardır dərdlə çırpınan. İnsanlar vardır heç unudulmayan. Zənn etmə məni sevib buraxanlardan. Zənn et məni məzara qədər sevənlərdən.

33. Səni sevdiyim qədər yaşasaydım ölümsüz olardım.

34. Bu dünyada iki kor var. Biri məni görməyən sən. O biri isə, gözü səndən başqasını görməyən mən.

35. Kül olmuş atəş yanarmı? Buz bağlamış su axarmı? Bu gözlər səni görüb sevdi, başqasına baxarmı?

36. Soyuq havalarda heç bir zaman üşümədim bilirsənmi nədən? Həmişə sənin istiliyinlə qızındım. Sevginin istiliyi idi məni qızdıran. Qəlbimə yazılmısan bir dənəm.

37. Günəşin buz tutduğu yerdə bir alov görsən bil ki, o yalnız sənin üçün yanan qəlbimdir.

38. Sevgini göstərməlisən söyləmək yetməz, sevgi gözlərində olacaq sözlərin yetməz, sevgi hər şeydir qəlbə həbs edilməz. Sevməlisən mənim kimi amma ürəyin yetməz!

39. Günəşə baxa bilərəm amma üzünə əsla, atəşi tuta bilərəm əlini əsla, canımdan keçərəm amma səndən əsla, dünəni unutsam belə səni əsla.

40. Qəzəbini yarpaqlara yaz payızda tökülsün, dərdlərini küləyə yaz əsdikcə uzaqlara aparsın, sevgimi qəlbinə yaz öləndə səninlə basdırılsın!

41. Yuxudan oyananda insanı oyandığına peşman edən, geri dönmək istəyib, dönə bilməyəndə biçarəlikdən bezdirən, həyatda bir dəfə görülə bilən bir möhtəşəm bir yuxusan!

42. Ay işığındadır sevgiliyə duyulan həsrət. Sevgiliyə həsrət olduğun qədər də ona yaxınsan! Unutma, yağışın yağdığı qədər islaqsan, günəşin isitdiyi qədər qızmar.

43. Gözlərin axar çay, qaşların körpü olsa tam ortasından keçərkən iplər qopsa yanağından süzülüb düşsəm dodaqlarına. Məni öpərsən yoxsa bir göz yaşı kimi silərsən?

44. Bizim yerlərdə hər ulduz axanda biri ölür. Sizdə isə arzu tutulur. Sizin arzularınızın çin olması üçün bizdən birinin ölməsimi lazımdır?

45. Camaat mənə qəlbsizsən deyirlər. Doğru deyirlər çünki qəlbimin səndə olduğunu bilməyirlər!

46. Sənin üçün hər darıxanda ürəyimə bir ulduz çəkirəm. Bilirsən sənin üçün necə darıxmışam? Artıq ürəyimdə bir səma var. Çünki səni sevirəm.

47. Aramızdakı məsafələr nə qədər uzun olursa olsun, sonsuzluğa gedən bütün yollara adını yazdım. Hansı yoldan keçərsən keç səni sevdiyimi oxuyacaqsan.

48. Ən gözəl dəniz sahilində üzülməmiş olandır, ən gözəl uşaq daha böyümədi, ən gözəl günlərim səninlədir və sənə söyləmək istədiyim ən gözəl söz daha söylənməmiş olandır; Səni sevirəm. Eşq gülü tikanıyla dərməyə oxşayır. Əllərin qan içində qalır amma tikana görə gülü atmaq olmaz.

49. Bir yağış damcısı sənə olan həsrət və arzumu daşısaydı hər yeri sel alardı.

50. Sən tanrıya edilən arzum, göylərə uzanan əllərimsən, sən gözümdən süzülən yaş kimi həsrətimsən, sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən.

51. Sənə bir göyərçin göndərirəm ürəyində sevgi qanadlarında xoşbəxtlik dimdiyində öpüş var!


This post first appeared on Www.SENINEM.az | Mp3,geyimler,sac Duzumleri,proqra, please read the originial post: here

Share the post

Susamda gözlərim danışır hər şeyi bərkə gələsən?

×

Subscribe to Www.seninem.az | Mp3,geyimler,sac Duzumleri,proqra

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×