Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Sabah bu rayonlara güclü qar yağacaq- PROQNOZ

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LoaDinG.Az a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq rayonlarında intensivləşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 26-da Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda rütubətli hava şəraiti bəzi meteohəssas, xüsusən də oynaq xəstəlikləri problemi olan insalarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Fevral ayının 26-da gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Samux, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Füzuli-Cəbrayıl-Mahmudlu, Ağdam-Füzuli-Horadiz, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.



This post first appeared on Www.SENINEM.az | Mp3,geyimler,sac Duzumleri,proqra, please read the originial post: here

Share the post

Sabah bu rayonlara güclü qar yağacaq- PROQNOZ

×

Subscribe to Www.seninem.az | Mp3,geyimler,sac Duzumleri,proqra

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×