Get Even More Visitors To Your Blog, Upgrade To A Business Listing >>

Sevgililər görüşüb Əl ələ tutmaları günha dır mı

Allahın əmr və qadağaları ilə maraqlanmanız çox gözəl haldır, Uca Allaha dua edirik ki, sizi şeytanın şərindən və pis əməllərdən qorusun. Kəbin olmadan bir-birinzə naməhrəm sayılırsınız, naməhrəmlərin isə təklikdə görüşməsi həlakedici günahlardan olan zinaya aparır.

Sevməyin halal olması

LoaDinG.Az istinadən bildirir ki, həddi aşıb şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib, sevilmək qəbahət deyil. Bu barədə Uca Allah buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum, 21).

Naməhrəmlə görüşməyin günahı
Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Bu ayədə Uca Allah nəinki zinanı, hətta ona yaxınlaşmağı da qadağan edir. Zinaya yaxınlaşmaq ona aparan əməllərdir -- naməhrəmə baxmaq, onunla təklikdə söhbət etmək, toxunmaq və s.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (əl-Buxari, 5/2304; Muslim, 4/2046; İmam Əhməd: "Musnəd", 1/412).
Mə'qil ibn Yəsər (Allah ondan razı olsun) nəql edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani, 20/212, "Sahih əl-Cəmi", 4921; əl-Əlbəni, "Sahih əl-Cəmi" №: 5045).
İbn Ömərdən (Allah onların hər ikisindən də razı olsun) gələn rəvayətə görə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165).
İbn Abbas (Allah onların ikisindən də razı olsun) rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allaha və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (Əhməd, 1/26; əl-Əlbəni: "Ğayətul-Məram" kitabında (№: 180) səhih olaraq təsnif etmişdir).
Sevgililər nə etməlidir?
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847).
"Qoy evlənməyə imkanı olan (hər kəs, cavanlar) evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur". (əl-Buxari, №: 1905, №: 4778; Muslim, №: 1400).
Evlənmək niyyəti ilə olmayan sevgi isə şeytanın insana vəsvəsə etdiyi sevgi xülyalarıdır. Bu cür sevgi insanı zinaya, dünya rüsvayçılığına və axirət əzabına aparır. Müasir dövrdə "azad sevgi" adı altında təbliğ edilən sevgi budur. Bu fikirləri bizim İslam adət-ənənəsi ilə tərbiyə olunan cəmiyyətə yeritmək istəyənlər özləri bədbəxt olduqları kimi bizi də rəzilliyə sürükləmək istəyirlər. Ona görə sevməmişdən öncə düşünüb götür-qoy etmək və böyüklərlə danışmaq lazımdır. Uca Allahın buyurduğu qaydada kəbin kəsdirərək ailə qurmaq, imkan olmadıqda isə səbr etmək lazımdır.


This post first appeared on Www.SENINEM.az | Mp3,geyimler,sac Duzumleri,proqra, please read the originial post: here

Share the post

Sevgililər görüşüb Əl ələ tutmaları günha dır mı

×

Subscribe to Www.seninem.az | Mp3,geyimler,sac Duzumleri,proqra

Get updates delivered right to your inbox!

Thank you for your subscription

×